Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Dünya TV”nin çəkiliş qrupu Hacıqabulda qəzaya düşüb – FOTO

“Dünya TV”nin çəkiliş qrupu Hacıqabulda qəzaya düşüb – FOTO

“Dünya” televiziyasının çəkiliş qrupu qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonu ərazisində, “Nəvahi” postu yaxınlığında baş verib.

“Ləziz Səyahət” verilişinin çəkiliş qrupunun olduğu “Mercedes” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Nəticədə xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Verilişin aparıcısı Aqşin Kazımoğlu APA-ya faktı təsdiqləyib: “Yüngül qəza keçirdik. Allaha şükür hər şey qaydasındadır, xəsarət alan yoxdur”.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …