Ana səhifə / Kriminal / Dünya çempionunu öldürən şəxs saxlanıldı – FOTO

Dünya çempionunu öldürən şəxs saxlanıldı – FOTO

Bakıda dünya çempionunu Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Azinforum.az-ın məlumatına görə, belə ki, 1984-cü il təvəllüdlü Z. Yusifov Samir Şirəliyev adlı şəxs tərəfindən odlu silahla güllələnərək qətlə yetirilib. 

Məlumata görə, S.Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur, və hadisəni qisas məqsədilə törədib.

Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilirdi.

2021-ci il oktyabrın 8-də Zaur Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.

Həmçinin oxuyun

Rəşad Dağlının dostunu güllələyən şəxsin cəzası azaldıldı

Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Tural Nağıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb …