Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Dünya bazarında pambıq ucuzlaşdı

Dünya bazarında pambıq ucuzlaşdı

Dünya bazarında pambığın qiyməti aşağı düşüb. Belə ki, son 1 ayda pambığın tonu 220 dollaradək ucuzlaşıb. Ekspertlər pambığın ucuzlaşmasını təklifin tələbi üstələməsi ilə izah edirlər.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov virtualaz.org saytına bildirib ki, dünya bazarında hazırda pambığın 1 kiloqramı 1,5 dollara qədər təklif olunur.

“Hər il istehsal 25 milyon, istehlak isə 24 milyon ton olur. İldə ehtiyatın üzərinə 1 milyon ton pambıq yığılır. Hazırda 1 illik istehlak həcmində ehtiyat yaranıb”, – ekspert söyləyib.

Azərbaycanda pambıqçılığın inkişafı ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması strategiyasının istiqamətlərindən biri kimi müəyyən edilib. Ötən il pambıq istehsalı təxminən 3 dəfəyə yaxın artırılmaqla 100 min tona çatdırılıb. Prezidentin müəyyən etdiyi vəzifəyə əsasən 2017-ci ildə bu rəqəm bir neçə dəfə artmalıdır.

Pambıqçılığın inkişafı məqsədlə stimullaşdırıcı tədbirlərin görülməsinə üçün fermerlərdən məhsulun alış qiyməti artırılıb. Belə ki, birinci növ pambığın bir tonu 500 manata (2015-ci ildə 410 manat idi), ikinci növünün bir tonu 470 manata (390 manat), üçüncü növün bir tonu 440 manata (370 manat), dördüncü növ isə 400 manata (350 manat) qəbul edilib. Bu isə onu deməyə əsas verir ki, dünya bazarındakı ucuzlaşma fermerlərə təsir etməyəcək.

Azərbaycan pambığı təkcə mahlıc kimi satışa çıxarma niyyətində deyil, mahlıcdan iplik, iplikdən də parça toxunacaq. “İstehsal edilən məhsulun bir hissəsi mahlıc kimi satılıla bilər, amma xammalın daha çox ölkədə dəyər qazanmasını istəyirik”, – Kənd Təsərrüfatı Nazirliyindən deyiblər.

Azərbaycanda artıq müasir tələblərə cavab verən müəssisələr var və onların məhsullarının xarici bazarda alıcıları mövcuddur. “Tekstil məhsulları isə ölkədə daxili tələbatın ödənməsinə yönələcək. Daxili təlabatı yerli mallarla ödəmək imkanımız olacaq”, – nazirlikdən əlavə ediblər.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın