Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Dünənki fərman manata necə təsir edəcək? – “Kəskin ucuzlaşma olmayacaq”

Dünənki fərman manata necə təsir edəcək? – “Kəskin ucuzlaşma olmayacaq”

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Neft Fondunun 2017- cı il üçün xərclər smetası prezidentin fərmanı ilə təsdiq olunub.

Qafqazinfo” xəbər verir ki, smetada diqqət çəkən məqam ilk dəfə olaraq ölkədə makroiqtisadi sabitliyi təmin etmək üçün Dövlət Neft Fondundan Mərkəzi Banka transfertin edilməsidir. Belə ki, fondun Mərkəzi Banka 7,5 milyard manat həcmində transfert etməsi gözlənilir.

İqtisadçılar Fonddan Mərkəzi Banka transfert edilməsini manata dəstək istiqamətində dəyərləndirirlər. Maraqlıdır, bəs bu vəsait manatın məzənnəsinin sabit saxlanılmasına təsir edə biləcəkmi?

İqtisadçı Zöhrab İsmayıl bunun Neft Fondunun gələcək nəsillər üçün nəzərdə tutulmuş 35 milyardlıq aktivlərinin hesabına baş tutacağını bildirir.

Ekspert Samir Əliyev isə “Qafqazinfo” ya açıqlamasında qeyd edib ki, bu pul hələ ki, 2017- ci ilin büdcəsində nəzərdə tutulub:

“Ancaq 2017- ci ilin büdcəsində 6 milyarddan çox kəsir yaranıb. Həmin kəsri bu büdcə ödəyə bilməz. Ona görə də aktivləri ölkəyə gətirməli olacaqlar. Əgər neftin qiyməti qalxsa, kəsri büdcədən ödəmək mümkün olacaq, aktivlərə ehtiyac qalmayacaq”.

Onun sözlərinə görə, ilk dəfə olaraq Neft Fondundan Mərkəzi Banka transfertin baş tutması makroiqtisadi sabitliyi təmin etmək üçün atılmış addımdır:

“İqtisadçılar həmişə vurğulayırdılar ki, manatı xilas etmək üşün Neft Fondunun vəsaitlərindən istifadə etmək olar. Çünki manata bu gün çox böyük təzyiqlər var. Üzən məzənnəyə keçmək mümkün deyil. Banklar dollar satmır və belə olan halda bunun neqativ təsirlərini cəmiyyətdə görmək mümkündür. Bu ölkədə sosial gərginlik yaradırdı. Məhz bu gərginliyi azaltmaq üçün bu addım atıldı.

Nəzərə alaq ki, 2017- ci ildə vəziyyət daha gərgindir. Həm dövlətin, həm də bankların xarici öhdəlikləri çoxdur. Borcları qaytarmaq üçün pulu bazardan almalıdırlar. Belə olan halda da dollara təlabat artacaq. Düşünürəm ki, Mərkəzi Banka ayrılan pulun əhəmiyyətli bir hissəsi xarici öhdəliklərin ödənilməsinə sərf olunacaq. İkincisi, banklara likvidlik vermək üçün həmin vəsaitdən istifadə oluna bilər. Üçüncüsü, valyuta hərraclarında ehtiyac yaranarsa, Mərkəzi Bank vəsaitin bir hissəsini hərraca da çıxara bilər. Yəni, ayrılmış vəsait üç istiqamətdə iqtisadiyyata yönələcək.

Bunların hər biri manatın sabitliyini təmin etmək üçün vacibdir. Əgər qeyri-adi hadisə baş verməsə, bu il manatı sabit saxlamaq mümkün olacaq. Manatın sabit saxlanılması heç də məzənnənin indiki səviyyədə qalması demək deyil. Sabitlik odur ki, kəskin ucuzlaşma olmayacaq. Artıq Mərkəzi Bank manatı rahat idarə edə biləcək”.

 

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın