Bakı şəhər sakini Dubayda hoteldə olarkən pulunun oğurlandığını bildirib.
“ Azinforum.az ” xəbər verir ki, bununla bağlı vətəndaş C. Mehdiyev Hava Nəqliyyatında Baş Polis İdarəsinə müraciət edib. O qeyd edib ki, martın 11-də Dubay şəhərində “Sun and Sand” hotelində oğurluğa məruz qalıb.
O bildirib ki, hoteldə pul kisəsindən 12 150 dollar pulu oğurlanıb.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.