Ana səhifə / Kriminal / Dubayda müəmmalı şəkildə yoxa çıxan iş adamının anasından ŞOK videomüsahibə – “İki ölkənin arasında qalmışam…”+ VİDEO

Dubayda müəmmalı şəkildə yoxa çıxan iş adamının anasından ŞOK videomüsahibə – “İki ölkənin arasında qalmışam…”+ VİDEO

İki ilə yaxındır ki, Dubayda müəmmalı şəkildə yoxa çıxan və günə qədər barəsində heç bir xəbər olmayan iş adamı Elçin Hacıyevin anası Hacıyeva Xanım Hüseyn qızı Azinforum.az İnformasiya Portalına sensasion müsahibə verib. Ana ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, onlardan oğlunun ölüsünün və ya dirisinin tapılması üçün kömək istəyir. Xanım Hacıyeva bildirir ki, oğlunun itməsində şübhəli sayılan şəxslərlə bağlı heç bir istintaq hərəkəti aparılmır. Çünki hadisə Azərbaycanda deyil, Dubayda baş verib. Dubay polisi isə hazırda Azərbaycanda olan şübhəli adamların Birləşmiş Ərəb Əmirliklərinə təhvil verilməsini istəyir. Şikayətçinin dediyinə görə, bunun üçün Dubay polisi və həmin ölkənin əlaqədar qurumları Azərbaycana heç bir rəsmi müraciət etmirlər. Xanım Hacıyeva oğlunun yoxa çıxmasında Dubaydakı güc strukturlarında çalışan, general ləqəbli Əhməd adlı birini də şübhəli sayır. Azinforum.az yoxa çıxan iş adamının anası ilə olan sensasion videomüsahibəni təqdim edir.

P.S. Videomüsahibədə adları çəkilən hər bir şəxsin də mövqeyinə yer verməyə hazırıq.

Həmçinin oxuyun

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu – FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub.  Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən …