Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / DTX tərəfindən tutulan Nurupaşa Abdullayev və İlqar Əliyev ev dustaqlığına buraxılıblar

DTX tərəfindən tutulan Nurupaşa Abdullayev və İlqar Əliyev ev dustaqlığına buraxılıblar

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən XİN-in Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N. Abdullayevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyevin də ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

APA-nın məlumatına görə, Səbail rayon keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Əliyevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, N. Abdullayev və İ.Əliyev DTX tərəfindən saxlanılıb. Ona rüşvət alma maddəsi ilə ittiham verilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …