Ana səhifə / Kriminal / DTX rəhbəri prezidentin səsini dinlədiyi üçün həbs edildi

DTX rəhbəri prezidentin səsini dinlədiyi üçün həbs edildi

Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən çıxarılan İxtiyar Abdullayevin həbsi barədə xəbərlər yayılıb. 

Unikal.org  özbək mətbuatına istinadən xəbər verir ki, keçmiş baş prokuror, uzun illər DTX-ya rəhbərlik etmiş və xüsusi qəddarlığı ilə ad çıxarmış Rüstəm İnayətovun yerinə təxminən bir il əvvəl təyin edilən Abdullayev həmin vəzifəni  bir neçə gün əvvəl tərk edib.

Əvvəlcə onun vəzifədən uzaqlaşdırılmasının səhhəti ilə bağlı olduğunu bildiriblər. Belə ki, Abdullayev son bir ildə onurğasında və gözündə iki çətin əməliyyat keçirib. Lakin daha sonra xəbərlər yayılıb ki, Abdullayev vəzifəsindən uzaqlaşdırılandan üç gün sonra-fevralın 11-də həbs edilib və Daşkənd istintaq təcridxansında saxlanılır. Onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib. Abdullayevin korrupsiya ittihamı ilə saxlanıldığı bildirilir.

Digər mənbə isə “Azadlıq” radiosuna bildirib  ki, Abdullayev çoxsaylı qohumlarının və DTX-nin bir sıra əməkdaşlarının həbsindən sonra vəzifədən çıxarılıb. O, hakimiyyətdən sui-istifadə, rüşvət alma, rüşvət vermə maddələri ilə ittiham olunur. Abdullayevin barəsində cinayət işi fevralın 8-də Özbəkistan Hərbi Prokurorluğu tərəfindən qaldırılıb.
Radio qeyd edir ki, bu il yanvarın 10-da prezident Şövkət Mirziyayev cinayətkarlığın qarşısının alınmasına dair videoselektor müşavirəsi zamanı güc strukturlarının rəhbərlərini hədələyib, tezliklə onların “ipini yığacağını” bildirib.

Hökumətə yaxın mənbənin dediyinə görə yanvarın 10-dan fevralın 11-nə qədər Özbəkistanda DTX-nin yüzə yaxın əməkdaşlarına qarşı cinayət işləri qaldırılıb və onlar həbs ediliblər.
Habelə mənbə qeyd edib  ki, İxtiyar Abdullayev prezident Mirziyayevin və onun ailə üzvlərinin telefon danışıqlarını dinlədiyini, habelə onları izlədiyi üçün həbs edilib. Lakin həmin məlumatı rəsmən təsdiq, yaxud təkzib etməyiblər.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …