Ana səhifə / Kriminal / DTX Niyaməddin Orduxanlının qardaşı oğlunu silahla saxladı

DTX Niyaməddin Orduxanlının qardaşı oğlunu silahla saxladı

Bu gün DTX və polisin keçirdiyi əməliyyat nəticəsində həbs olunan Novruz Orduxanlı BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının qardaşı oğludur.
Bu haqda demokrat.az saytı məlumat yayıb. Bildirək ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əhmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürürülüb.

Abşeron Rayon Polis İdarəsi, Mehdiabad Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Novruz Orduxanlı qəsəbə ərazisində saxlanılıb. Ondan “AK” markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …