Ana səhifə / Kriminal / DTX-nın xüsusi qrupu Gəncədə daha bir terrorçunu məhv edib

DTX-nın xüsusi qrupu Gəncədə daha bir terrorçunu məhv edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi əməliyyat qrupu iyulun 10-da Gəncə şəhərindəki iğtişaşlarda fəal iştirak etmiş daha bir terrorçunu məhv edib.

Bu barədə virtualaz.orga öz mənbələrindən məlumat daxil olub.

Zərəsizləşdirilən radikal dini yönümlü qrupun fəal üzvlərindən olan Səmədov Fuad Tofiq oğludur.

DTX-nın xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı F.Səmədovun Samux şəhərində gizləndiyi yer müəyyən edilib. Saxlanılarkən o, silahlı müqavimət göstərib və cavab atəşi ilə məhv edilib.

Bildirilir ki, hadisə yerində F.Səmədovun üzərindən “Makarov” tipli tapança aşkar edilib.

Həmçinin oxuyun

Bazar ertəsini sevmədiyi üçün şagirdləri güllələyən gənc qızın cinayəti… – FOTOLAR

Araşdırmalara görə, insanların ən stresli və kədərli olduğu gün həftənin bazar ertəsi günüdür. Bu sindrom …