Cümə axşamı , May 26 2022
Ana səhifə / Kriminal / DTX-nın qazilərdən rüşvət alarkən saxladığı vəzifəli şəxslər hakim qarşısında

DTX-nın qazilərdən rüşvət alarkən saxladığı vəzifəli şəxslər hakim qarşısında

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərfindən həbs edilən vəzifəli şəxslər hakim qarşısına çıxarılır.

Belə ki, Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilmiş maddi təminatların ödənilməsinə görə rüşvət alan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazov və digər əməkdaşı Hüseyn Ağayevin cianyət işi üzrə məhkəmə araşdırması Bakı Hərbi Məhkəməsində baş tutacaq.

İşə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq.

Vüsal Eyvazov Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilir.

Qeyd edək ki, hər iki şəxs həbsdədir.

Musavat.com

Həmçinin oxuyun

“Baş müstəntiqlə ikilikdə olan zaman xahiş etdim ki…” – İlkin Süleymanov

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən …