Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / DTX-nin həbs etdiyi hərbçilərdən xəbər var

DTX-nin həbs etdiyi hərbçilərdən xəbər var

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, keçmiş zabitlər – nazirliyin Maliyyə idarəsinin şöbə rəisi Rafael Xələfov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmət rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Azərbaycan ordusunun Təlim-Tədris Mərkəzinin Maliyyə xidməti rəisi Rəşad Məlikzadə barəsində cari həbsdə saxlama müddəti başa çatıb.

Cinayət işləri ilə bağlı ibtidai istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar həbs müddətlərinin uzadılması üçün DTX İstintaq Baş idarəsi məhkəməyə vəsatət göndərib və Bakı Hərbi Məhkəməsi vəsatəti əsaslı hesab edib.

Qərara əsasən təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iri həcmli iş üzrə daha 6 ay uzadılıb.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. APA

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …