Ana səhifə / Kriminal / DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

“Broker” MMC-nin rəhbəri, illərdir adı müxtəlif qalmaqallarda hallanan, dəfələrlə həbs xəbəri yayılan Əbülfəz Məlikov bu günlərdə DTX tərəfindən saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Qafqazinfo xəbər verir ki, “Broker Əbülfəz” haqqında ən sensasion fikirləri Cümşüd Nuriyev deyib.

Onun iddialarına görə, Əbülfəz Məlikov Rusiyada böyük biznesi olan, milyarder, əslən erməni olan Ara Abramyanın bacısının əridir. Sabiq deputatın bu açıqlamasından xeyli vaxt keçməsinə baxmayaraq, qarşı tərəf bu iddia ilə bağlı hər hansı bir fikir səsləndirməyib, münasibət bildirməyib.

Digər məlumatlara görə, Əbülfəz Məlikov məşhur iranlı iş adamı Mənüçöhr Əhədpurun yaxın qohumudur. İddialara görə, M.Əhədəpur da erməni əsillidir və daha əvvəl Manukyan soyadını daşıyıb. Onun İran və Rusiyada böyük biznes şəbəkəsi var.

Əslən Şamaxıdan olan Əbülfəz Məlikov biznesə siqaret satışı ilə başlayıb. “28 May” metrosunun qarşısında kiçik siqaret satışı yerləri olan Məlikovun Azərbaycana ilk dəfə qeyri-qanuni  yollarla siqaretlərin gətirilməsi işini həyata keçirdiyi iddia olunur. İllər əvvəl Bakıda Dağıstan, Rusiya və əsasən İran istehsalı olan siqaretlərin çoxluq təşkil etdiyi dövrdə həmin məhsulların Əbülfəz Məlikovun təşkilatçılığı ilə gətirildiyi qeyd edilir. Bundan sonrakı dövrdə isə onun iranlı iş adamı Mənüçöhr Əhədpurla yaxınlığı, qohum olması və biznesini böyütdüyü bildirilir.

Həmçinin oxuyun

Azərbaycanda sosial media platformalarına ən çox pul xərcləyən səhifələrin adı açıqlanıb

“Meta” şirkəti illik “Reklam Kitabxanası Hesabatı”nı yayımlayıb “Facebook”, “WhatsApp”, “Instagram” kimi sosial media platformalarına sahib …