Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / DTX-dan növbəti antiterror əməliyyatı – 4 nəfər tutuldu

DTX-dan növbəti antiterror əməliyyatı – 4 nəfər tutuldu

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə intensiv antiterror tədbirləri davam edir.

DTX-nin İctimai əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya və İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları- Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

DTX Azərbaycan Respublikasında terrora hazırlıq və cinayətkar birlikdə iştirak etmə faktları üzrə aparılan cinayət işi ilə bağlı istintaq sirri ilə məhdudlaşmayan hissədə video-audio materialları ictimaiyyətə təqdim edəcək.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …