Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / DTX bacısını İranda girov qoyan qaçaqmalçını həbs etdi – FOTO

DTX bacısını İranda girov qoyan qaçaqmalçını həbs etdi – FOTO

Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Babək Rzabala oğlunun öz bacısı Minayə Eyvazovanı İran vətəndaşları olan narkotacirlərdə girov qoyması və külli miqdarda narkotik vasitələri qaçaq yolla Azərbaycana keçirmək üçün qəbul etməsi barədə məlumat daxil olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda Astara rayonu Şəvqo kəndi istiqamətində qanunsuz keçərək, çəkisi külli miqdar təşkil edən 3 kiloqram 12,23 qram heroin və külli miqdarda metadon həblərini qaçaq yolla Azərbaycana keçirən Babək Eyvazov əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanıb.

B.Eyvazov DTX-də aparılan cinayət işi üzrə dövlət sərhədini qanunsuz keçmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər faktlar üzrə məhkəmə qərarı ilə həbs edilib.

M.Eyvazova B.Eyvazovun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə ölkəyə qaytarılıb.

Hazırda araşdırmalar davam edir.

Həmçinin oxuyun

Göyçayda qız anasını boğaraq ÖLDÜRDÜ

Göyçayda qız anasını boğaraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, oktyabrın 12-də …