Şənbə , Fevral 24 2024
Ana səhifə / Kriminal / DSX-nin 342 minlik tenderinin qalibi olmuş şirkət rəhbəri ilə bağlı QƏRAR

DSX-nin 342 minlik tenderinin qalibi olmuş şirkət rəhbəri ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) 342 min manatlıq tenderinin qalibi olmuş, dələduzluqda ittiham olunan “Zövq” MMC-nin direktoru Rza Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, təqsirləndirilən şəxs özü və onun müdafiəçilərinin, zərərçəkmiş şəxslərin apellyasiya şikayətləri təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxs barəsində olan hökmü mülki iddia hissəsində dəyişdirilib. Belə ki, qərarda qeyd edilib ki, Rza Əhmədovun zərərçəkmişlərdən birinə vurulmuş 55 830 manat maddi ziyandan 14 000 manat hissəsinin ödənildiyindən, verilmiş mülki iddianın maddi ziyanın ödənilməmiş hissəsi 41 830 manat təşkil etsin və mülki iddianın qalan hissəsi dəyişdirilməsin. Məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılıb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il azadlıqdan məhrum edilib.


İttiham aktına əsasən, Rza Əhmədov Dövlət Sərhəd Xidməti (DSX) ilə 342 min manat dəyərində uçuş geyimlərinin satılmasına dair müqavilə imzalayıb. Müqavilə ilə əlaqədar məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Rövşən Məmmədli, Rəsət Miriyev və Rəsul Süleymanova 342 min manat dəyərində görülməli işləri 50 min manat vəsaitlə görməyin mümkün olduğunu bildirərək dələduzluq etməkdə təqsirli bilinib. İşin görülməsi ilə bağlı yalan vədlər verərək həmin şəxslərdən müəyyən məbləğdə pul alıb mənimsəməkdə ittiham olunub.


Faktla bağlı sahibkara Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ AÇIQLANDI

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq …