Şənbə , Yanvar 29 2022
Ana səhifə / Kriminal / DSX-nin 26 yaşlı baş çavuşu xidmət zamanı vəfat etdi

DSX-nin 26 yaşlı baş çavuşu xidmət zamanı vəfat etdi

Dövlət Sərhəd Xidmətinin baş çavuşu xidmət etdiyi hərbi hissədə vəfat edib. 

“ Azinforum.az ” DSX-nin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, dekabrın 10-da saat 10:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə ilkin ehtimala görə ürəktutmadan halı pisləşib.

Onun dərhal Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılması üzrə zəruri tədbirlərin görülməsinə baxmayaraq hərbi qulluqçu yolda dünyasını dəyişib.

Hazırda baş çavuş P.Məmmədzadənin ölüm səbəbinin araşdırılması üzrə müvafiq tədbirlər həyata keçirilir.

Həmçinin oxuyun

Həbsdə olan generalın 10 milyonluq əmlakı üzə çıxdı – FOTOLAR

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi general Mövlam …