Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / DSMF şöbəsi ilə eyni gündə yandırılan maşın sabiq baş həkimin imiş

DSMF şöbəsi ilə eyni gündə yandırılan maşın sabiq baş həkimin imiş

Şəkidə 34 yaşlı kişinin Dövlət Sosial Müdafiə Fondunun şöbəsini və avtomobili yandırmağa cəhd etməsinin səbəbi bəlli olub.

Yanvarın 25-də günorta saatlarında şəhər sakini, 1988-ci il təvəllüdlü M.Əhmədov DSMF-nin Şəki rayon şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə benzin tökərək bir hissəsini yandırıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanan “Nissan” markalı avtomobil Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının sabiq baş həkimi, 1952-ci il təvəllüdlü Akif Fəxrəddin oğlu Əsədullayevə məxsusdur.

M.Əhmədov öncə DSMF-nin şöbəsinə gələrək pəncərəyə benzib töküb və alov vurub. Ardınca A.Əsədullayevin yaşadığı əraziyə gedərək onun evinin yanında saxladığı maşınını yandırıb.

M.Əhmədov ona ayrılan təqaüdün dayandırılmasına görə Akif Əsədullayevi ittiham edib. Və bu iddia ilə də hadisəni törədib. Akif Əsədullayev M.Əhmədovu müayinə edərkən baş həkim olub. Hazırda onu bu vəzifədə başqa şəxs əvəz edir, A.Əsədullayev isə həmin xəstəxanada həkim kimi çalışır.

Qeyd edək ki, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi M. Ə. Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …