Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Dövlət qurumlarının böyük borcu haqda – Açıqlama

Dövlət qurumlarının böyük borcu haqda – Açıqlama

İri vergi ödəyicilərindən- “Azərenerji” ASC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərsu” SC-nin, “Azərbaycan Hava Yolları”nın (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Metropoliteninin dövlət büdcəsinə 2.2milyard manat civarında borcu olması haqda xəbərə Vergilər Nazirliyi aydınlıq gətirib.

Qafqazinfo” xəbər verir ki, Bizim Yol qəzetinin bununla bağlı Vergilər Nazirliyinə ünvanladığı sorğuya adıçəkilən qurum belə cavab verib: “İri vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları ilə bağlı bildiririk ki, dövlət büdcəsinə vergi borclarının yaranması və ləğv edilməsi mütəmadi olaraq davam edən bir prosesdir. Belə ki, müvafiq hesabat dövrlərində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə hesablamalar verilir, o cümlədən vergi orqanları qanunda nəzərdə tutulmuş hallarda və qaydada vergi ödəyicilərinə əlavə vergilər hesablayır və sonradan hesablanmış vergilərin dövlət büdcəsinə alınması üçün qanunamüvafiq tədbirlər görür. Hesablanmış vergilər dövlət büdcəsinə vaxtında ödənilmədikdə vergi borcları yaranır.

İri vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında borclarının məbləği ilə bağlı nəzərinizə çatdırırıq ki, mətbuat orqanlarında  göstərilmiş məbləğlər reallıqdan çox uzaqdır. Həmin vergi ödəyicilərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, Bakı Metropoliteninin, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları” QSC-lərin 01.04.2015-ci il tarixinə dövlət büdcəsinə ümumiyyətlə vergi borcları olmamışdır.  Yalnız “Azərenerji” və “Azərsu” ASC-lərinin dövlət büdcəsinə böyük məbləğdə vergi borcları yaranmışdır ki, hazırda onların ödənilməsi ilə bağlı qanunamüvafiq tədbirlər görülür.

“Azərişıq” ASC yaradılması ilə bağlı işlər davam etdirildiyindən və o hələ vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmadığından, həmin cəmiyyətin vergi borclarından söhbət gedə bilməz. Əlavə olaraq diqqətinizə çatdırırıq ki, “Bakıelektrikşəbəkə” ASC-nin də 01.04.2015-ci il tarixə dövlət büdcəsinə vergi borcu olmamışdır”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın