Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Dövlət qurumları maliyyə bazarını sabitləşdirməyə qadir deyil” – İQTİSADÇI

“Dövlət qurumları maliyyə bazarını sabitləşdirməyə qadir deyil” – İQTİSADÇI

Məşhur SSRİ və Rusiya rejissoru Şahnazarovun “Yuxular” filmində SSRİ Nazirlər Sovetində iclasın təsvir olunduğu səhnə yer alır. İclasda ərzaq məsələsinin müzakirəsi gedir, toplantı zamanı məlum olur ki, ölkə kütləvi aclıq təhlükəsi qarşısındadır. Nazirlər Soveti təcili olaraq Ərzaq Nazirliyi yaratmağı qərara alır. Bundan sonra Nazirlər Sovetinin müxtəlif üzvləri öz qohumlarını yeni nazirlikdə müxtəlif vəzifələrə “düzəltməyə” başlayırlar. Ərzaq problemi isə, sadəcə yaddan çıxır. Bu isə ölkədə aclığa gətirib çıxarır.

Martın 5-də yeni formalaşmaqda olan Maliyyə Bazarlarına Nəzarət Palatası sabitliyin tənzimlənməsi üçün komitə yaradılması ilə bağlı hökumətlə razılığa gəlib. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi qrupunun rəhbəri Rüfət Aslanlı Milli Məclisin iclasında bildirib ki, Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəliyi arasında Memorandum imzalanacaq. Artıq bu sənəd də hazırdır. Yeni strukturun adı Maliyyə Sabitliyi Komitəsi olacaq. Azərbaycanda bütöv bir Maliyyə Nazirliyi fəaliyyət göstərir, özünün strukturları var. Bundan başqa, maliyyə sabitliyi ilə bir neçə başqa dövlət qurumları və elmi müəssisələr də mövcuddur. Yeni strukturun yaradılması yeni xərclərə gətirib çıxarır.

Bura işçilərin maaşı və yeni qurumun əlavə xərcləri də daxildir. Doğrudanmı, artıq mövcud olan dövlət qurumları maliyyə sabitliyini təmin edə bilmədilər? “Əgər bundan əvvəl fəaliyyətdə olan dövlət qurumları maliyyə bazarını sabitləşdirə bilsəydi, bunu çoxdan etmişdilər”, – deyə iqtisadçı Oqtay Haqverdiyev bildirib. “Siz əminsiniz ki, yeni komitə maliyyə sabitliyini təmin edə biləcək?”, – deyə soruşduq.

“Yox, buna əmin deyiləm. Hər şey komitənin fəaliyyətindən asılı olacaq. Ola bilər ki, komitə daha bir korrupsiyalaşmış quruma çevrilsin, amma belə olmaya da bilər”, -deyə ekspert cavab verib. O qeyd edib ki, xarici ölkələrdə bu növ komitələr səmərəli çalışır. “Son vaxtlar ASAN Xİdmətin yaradılması, vergi və gömrük sistemində islahartlar barədə sərəncamlar onu deməyə əsas verdi ki, mənfi hallarla m1428554851_vahidübarizə üçün ciddi arzu yaranıb”, – deyə O.Haqverdiyev vurğulayıb.

“Memorandum həqiqətən imzalanıb. Amma heç bir Sabitləşdirmə Komitəsi hələ yoxdur”, – deyə müstəqil deputat Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, istənilən dövlət qurumu prezidentin sərəncamı ilə yaradılır. “Müvafiq komitənin yaradılması ilə bağlı sərəncam isə hələ yoxdur”, V.Əhmədov əlavə edib. Kavkaznews.az

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın