Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Dövlət Komitəsi Azərbaycandakı inflyasiyanı təsdiqlədi

Dövlət Komitəsi Azərbaycandakı inflyasiyanı təsdiqlədi

Bu ilin mart ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,8%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb.

APA Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ötən ay ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9% bahalaşıb.

Ay ərzində toyuq əti, yumurta, göyərtinin qiymətlərində ucuzlaşma, buğda unu, düyü, qarabaşaq yarması, makaron məmulatları, mal və qoyun əti, kərə yağı, qarğıdalı və zeytun yağları, limon, portağal, naringi, banan, alma, armud, qoz, fındıq, şabalıd, kələm, xiyar, pomidor, kök, çuğundur, soğan, sarımsaq, kartof, spirtli içkilər, tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.

Mart ayında qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, məişət cihazları, kiçik elektrik cihazları, iri və kiçik alət və avadanlıqlar, minik avtomobili və minik avtomobilləri üçün ehtiyyat hissələri, zərgərlik məmulatlarının qiymətləri bahalaşıb.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava və dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın