Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Dövlət istiqrazlarının buraxılışına başlanıb

Dövlət istiqrazlarının buraxılışına başlanıb

Fevralın 5-də Azərbaycan Maliyyə Nazirliyinin “Bakı Fond Birjası” QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, ümumi həcmi 12,0 milyon ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2.77% və 3.02% gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınıb.
Eyni zamanda ümumi həcmi 20,0 milyon manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7.79% və 8.8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib.

Maliyyə Nazirliyi ümumi həcmi 500,0 milyon ABŞ dolları və 400,0 milyon manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq cari ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərracların keçirilməsini təmin edəcək.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın