Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Dövlət Neft Fondu daxili bazarda valyuta satışını dayandırdı

Dövlət Neft Fondu daxili bazarda valyuta satışını dayandırdı

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ölkənin daxili açıq bazarında mütəşəkkil valyuta satışı əməliyyatlarını dayandırıb.

Bu barədə “Report”a bank dairələrindən məlumat verilib.

Mütəşəkkil valyuta bazarında əsas valyuta satıcısı qismində Azərbaycan Mərkəzi Bankı, Dövlət Neft Şirkəti və Dövlət Neft Fondu çıxış edir. Azərbaycanda “üzən məzənnə” rejiminə keçməklə əlaqədar Mərkəzi Bank bir qədər əvvəl mütəşəkkil valyuta bazarında “oyunçular”ın sayının artmasının vacib olduğunu bildirib.

Qeyd edək ki, Neft Fondunun valyuta satış qiyməti Mərkəzi Bankın təklif etdiyi qiymətdən 0,001 manata yaxın aşağıdır.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın