Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Dövlət Gömrük Komitəsi GMO-ya qarşı mübarizə aparmır?

Dövlət Gömrük Komitəsi GMO-ya qarşı mübarizə aparmır?

Martın 1-də Dövlət Gömrük Komitəsi ölkəyə GMO məhsulların gətirilməsi ilə bağlı məlumat yayıb. Komitə bəyan edir ki, bütün məhsullar bazara çıxana qədər xüsusi laboratoriyalarda diqqətli yoxlamadan keçir. “Buna baxmayaraq, bəzi telekanallar düzgün informasiya yaymaq əvəzinə,GMO məhsullarla bağlı ajiotaj yaradırlar. Bu cür informasiyaları yayanlara görə, məhsulların gen modofikasiyasına dəlalət meyvə və tərəvəzlərin ölçüdə iriliyidir. Meyvələrin iriliyi sort ilə bağlıdır, parlaması isə parafinlər bağlıdır ki, bu da məhsulun korlanmasının qarşısını alır”, – deyə məlumatda bildirilir. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, Azərbaycana gətirilən məhsullarda GMO mövcudiyyətini dəqiqləşdirmək üçün xüsusi texniki bazaya və alimlərdən ibarət kadr tərkibinə malik olmaq lazımdır. Ekspertin fikrincə, Azərbaycanda bütün bunlar yoxdur (contact.az).skachanny-e-fajly-1-143

Fevralın 19-da Azad İsthelakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovqafqaznews.org saytına bildirib ki, Azərbaycanda ölkəyə idxal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə az diqqət yetirilir. “Bu, Azərbaycana aşağı keyfiyyətli məhsulların yol açmasına şərait yaradır. Bu gün İranda GMO məhsullar geniş yayılıb. Bu məhsullar da əsasən Azərbaycana ixrac olunur”, – deyə E.Hüseynov vurğulayıb. O, ötən ilin noyabrında Braziliyada olduğunu deyib: “Mən ordakı marketlərdən GMO məhsulların beş növünü aldım. Azərbaycana qayıtdıqdan sonra isə onları Dövlət Gömrük Komitəsinin, eləcə də Dövlət Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin laboratoriyalarına təqdim etdim.

gmo-1Xahiş etdim ki, məhsullarda genetik modifikasiya olub-olmamasını yoxlasınlar. Standartlaşdırmanın laboratoriyasına verdiyim məhsullarda GMO mövcudluğu aşkarlandı, amma Dövlət Gömrük Komitəsinin laboratoriyasında GMO aşkarlaya bilmədilər”. O qeyd edib ki, məmurlar ölkəyə GMO məhsulların gəlməməsi ilə bağlı Azərbaycan prezidentinin çağırışlarına məhəl qoymurlar. Martın 1-də biz yenidən E.Hüseynovla əlaqə saxladıq və V.Məhərrəmovun açıqlamasını şərh etməyi xahiş etdik. AİB sədri bildirdi ki, DGK-nın GMO məhsullarını müəyyən etmək üçün yetərincə texniki bazası və yaxşı hazırlıqlı mütəxəssisləri var. “Bəs niyə sizin Braziliyadan gətirdiyiniz məhsullarda genetik modofikasiya mövcudluğunu DGK-nın laboratoriyasında müəyyən edə bilmədilər?” – deyə soruşduq. “Burda bir neçə variant ola bilər:

a) Dövlət Gömrük Komitəsində yetərincə texniki və kadr bazası var, amma gömrükçülər sadəcə lazımi tədqiqatı aparmaq istəmirlər

b) Dövlət Gömrük Komitəsinin istifadə etdiyi avadanlıq köhnəlib;

c) Gömrükçülər istəmirlər ki, Azərbaycanda GMO məhsullarının olması barədə ictimaiyyət xəbərdar olsun”.

Biz DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundovla bu məsələ ilə bağlı münasibət almaq istədik, lakin dəfələrlə zəng etməyimizə baxmayaraq, N.Axundov zəngimizə cavab vermədi. O zaman biz DGK-nın qida məhsulları ekspertizası şöbəsinə zəng etdik. Əməkdaşımızla şöbə əməkdaşı arasında bir dialoq baş tutdu:

– Qida məhsulları şöbəsidir?

– Bəli.

– Dövlət Gömrük Komitəsi bəyan edir ki, ölkəyə gətirilən məhsullar xüsusi laboratoriyalarda diqqətli yoxlamadan keçir…

– Bəli, biz həqiqətən də diqqətli yoxlama aparırıq.

– Lakin Azad İstehlakçılar Birliyinin (AİB) deyib ki, sizin laboratoriyanıza Braziliyadan gətirdiyi GMO məhsulları təqdim edib, amma sizin laboratoriyada genetik modofikasiyanı müəyyən edə bilməyiblər. – Mətbuat xidmətinə zəng edin.

– Mən çalışdım, amma cəhdlərim boşa çıxdı.

– Mən sizin sualınıza cavab verə bilmərəm. Ümumiyyətlə, siz səhv düşmüsünüz. Bura qida məhsullarının ekspertizası şöbəsi deyil…

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın