Şənbə , Yanvar 23 2021
Ana səhifə / Kriminal / Dövlət büdcəsinin gəlirlərindəki azalma qarşıdakı 4 ildə də davam edəcək- RƏSMİ

Dövlət büdcəsinin gəlirlərindəki azalma qarşıdakı 4 ildə də davam edəcək- RƏSMİ

Dövlət büdcəsinin gəlirləri 2018-2020-ci illərdə müvafiq olaraq 15 696,7 mln. manat, 15 252,8 mln. manat və 14 737,9 mln. manat olmaqla azalma ilə nəzərdə tutulub.

Bu barədə “Report” Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyinə istinadən xəbər verir.

Qeyd edək ki, 2018-2020-ci illərdə dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətinin müvafiq olaraq 24,6%, 22,5% və 20,9% səviyyəsində azalması nəzərdə tutulur. Bu da həmin illər üzrə büdcə gəlirlərinin azalma, ÜDM-in isə artımla proqnozlaşdırılması hesabınadır.

2017-ci il dövlət büdcəsinin gəlirləri 15 955,0 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 543,0 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 mln. manat və ya 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0% təşkil edəcəyi proqnozlaşdırılır.

Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 16 600,0 mln. manat məbləğində olmaqla 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 184,5 mln. manat və ya 6,7%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 1 895,0 mln. manat və ya 10,2%, gözlənilən icra göstəricisi ilə isə 412,8 mln. manat və ya 2,4% az nəzərdə tutulub.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …

Bir cavab yazın