Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Kriminal / Dövlət Agentliyinin rəhbəri saxlanıldı

Dövlət Agentliyinin rəhbəri saxlanıldı

Gürcüstan Səhiyyə Nazirliyinin Tibbi Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbəri Gia Tvalavadze saxlanılıb.

Məlumatı ölkənin Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

Bildirilib ki, G.Tvalavadze vəzifəsindən sui- istifadədə şübhəli bilinir. İş üzrə daha 5 nəfər saxlanılıb.

İstintaqla müəyyən olunub ki, Tbilisi və Qori şəhərlərində yerləşən 15 aptekdə psixotrop dərmanların qanunsuz satışı həyata keçirilib. Qeyd olunan apteklərin direktorları və faktiki sahibləri maddi qazanc əldə etmək məqsədilə qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olublar.

G.Tvalavadze həmçinin psixotrop medikamentlərin qanunsuz satışı ilə bağlı “qaynar xətt”ə daxil olan müraciətləri nəzərə almamaqda ittiham olunur.

İş üzrə 20 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Onlar qanunsuz sahibkarlıq fəaliyyəti və reseptsiz psixotrop dərmanların satışından 4 mln. laridən çox gəlir əldə ediblər.

Faktla bağlı istintaq vəzifədən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyəti maddələri üzrə aparılır. Saxlanılan şəxsləri 3 ildən 5 ilədək azadlıqdan məhruetmə cəzası gözləyir.

Həmçinin oxuyun

Qayınatasını döyən çempiona hökm oxundu

Qayınatasını beşbarmaqla döyməkdə təqsirləndirilən, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidova hökm oxunub.  “Qafqazinfo”nun verdiyi …