Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Kriminal / Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edildi

Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, o, öz ərizəsi ilə, digər işə keçdiyinə görə bu vəzifəsindən uzaqlaşıb. 

Məlumatı nazirliyin şöbə müdiri Fazil Talıbov təsdiqləyib.

Xatırladaq ki, əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri olan Elman Cəfərov 2018-ci ilin avqustunda nazir tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin olunmuşdu. 

Həmçinin oxuyun

Deputatın oğlunu neçə il həbs gözləyir?

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı …