Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Dörd uşaq atası olan polis çavuşu özünü asdı – İntihar

Dörd uşaq atası olan polis çavuşu özünü asdı – İntihar

 

Şəkidə polis əməkdaşı intihar edib.
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 9-u axşam saatlarında rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.
Dörd uşaq atası olan polis çavuşu Həsrət Əliyev DİN-nin Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …