Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Kriminal / “Dollarla kredit məsələsi ciddi problem olaraq qalmaqdadır” – AÇIQLAMA

“Dollarla kredit məsələsi ciddi problem olaraq qalmaqdadır” – AÇIQLAMA

Dollarla kredit məsələsində çox ciddi problem olaraq qalmaqdadır. Bu məsələ birdəfəlik həll olunmalıdır”. Bu fikirləri Sia-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Bəzi bankların məsələ ilə əlaqədar müəyyən güzəştlərin etdiyini deyən V. Əhmədov söyləyib ki, Respublika Bank tərəfindən dollarla verilən kreditlərin manatla qaytarılması qərarı qəbul olunub: “Artıq insanlar bu problemdən beziblər. Onları bu problemdən qurtarmaq lazımdır. Məsələ ilə əlaqədar Milli Məclisin martın 4-də baş tutan plenar iclasında geniş müzakirələr aparıldı və Ölkə Başçısının problemlə bağlı məlumatlandırılması təklifi irəli sürüldü. Bu, vətəndaşlarla yanaşı, bankların dövriyyə vəsaitlərinin artması, likvidlik üçün lazımlıdır”.
Millət vəkili dövlət başçısının fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradıldığını xatırladaraq söyləyib ki, yeni qurumun yaradılması ilə əlaqədar bir sıra qanunlara dəyişiklik də edilib: “Maliyyə Bazarlarına Nəzarət Palatasına sədr təyin olunmasa da, orada yaradılan İşçi Qrupu sözügedən məsələ ilə məşğuldur. Problem çox ciddidir və onun həlli mütləqdir. Məsələnin necə həll olunacağını həm banklar, həm də insanlar bilməlidir. Dövlət başçısı hər zaman sosial məsələlərdə müsbət mövqe sərgiləyib, əminik ki, bu məsələdə də müsbət qərarlar qəbul ediləcək. Azərbaycanda 1.5 milyon əhalinin kreditləri var, o cümlədən 1 milyondan çox insan onlara zamin dayanıb. Azərbaycanda iki dəfə devalvasiya baş verib. Mərkəzi Bank və digər qurumlar devalvasiyadan müəyyən vəsait götürüblər. Hesab edirəm ki, götürülən vəsaitin 250-300 milyonu dollarla kredit məsələsinə xərclənsə, heç bir problem olmaz”.asiya.info

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …

Bir cavab yazın