Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Dolların kəskin qalxması mümkün deyil – DEPUTAT

Dolların kəskin qalxması mümkün deyil – DEPUTAT

“Sentyabrda dolların qiymətinin artması ilə bağlı fikirlərin heç bir əsası yoxdur”

Bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank yumşaq devalvasiya siyasəti həyata keçirir:

“Manat yumşaq devalvasiyaya məruz qalacaq. Bu, çox düzgün siyasətdir. Manatın qorunub-saxlanması, əlbəttə ki, problemli məsələdir”.

Deputat Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırması ilə bağlı verdiyi açıqlamaya da münasibət açıqlayıb:

“Federal Ehtiyat Sisteminin tərkibinə daxil olan qurumların əksəriyyəti belə bir fikir yürüdüb ki, valyuta siyasətini qoruyub-saxlamaq üçün faiz dərəcələrini müəyyən qədər artırmağa ehtiyac var. Amma bu məsələyə baxılır. Nə qərar verilib-verilməyəcəyi məlum deyil”.

V.Əhmədov hesab edir ki, manatın əsas vəziyyəti dünya bazarında neftin bazar qiymətindən asılıdır:

“Çünki bizim ixracımızın əsasını neft təşkil edir. Neftin qiymətində ciddi dəyişiklik yoxdur. 45-50 dollar arasında dəyişir. Bu proses ilin axırına kimi belə vəziyyətdə qalacaq. Ona görə də dolların qiymətinin artması ilə bağlı gəzən fikirlər şayiədən başqa bir şey deyil”.

Həmçinin oxuyun

Vardanyan Bakı həbsxanasında aclıq aksiyasına başladı

Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” olmuş Ruben Vardanyan aclıq aksiyası keçirir.Bu …

Bir cavab yazın