Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Dolları olanlar, bayrama saxlamayın

Dolları olanlar, bayrama saxlamayın

Novruz bayramı ilə əlaqədar martın 19-dan 28-dək qeyri-iş günləri elan olunub. Deməli, digər qurumlar kimi, banklar da 9 gün işləməyəcək. Bəs bayram günləri valyuta dəyişmək istəyənlər hara müraciət etməlidirlər? Ölkəni təcili tərk etmək və ya bayramı Azərbaycanda keçirmək istəyənlər nə etməlidirlər?

Virtualaz.org saytının əməkdaşları bir neçə banka müraciət edib.

“Bank of Baku”dan bildiriblər ki, qurum 9 gün işləməyəcək: “Bununla bağlı bizə heç bir təlimat verilməyib. Bizim bankın şöbələri qeyri-iş günlərində fəaliyyət göstərməyəcək. Kredit borcu olanlar isə terminallarda ödəniş edə bilərlər”.

Bayram günləri “Unibank” və “NBC Bank” da işləməyəcək. “Biz bayramda işləməyəcəyik. Bu qərar bütün filiallara, o cümlədən otellərdə yerləşən filiallarımıza da aiddir”, – deyə “Unibank”dan əlavə ediblər.

Mərkəzi Bank isə bayram günlərində valyuta dəyişməsi ilə bağlı heç bir tədbir nəzərdə tutmayıb: “Biz bu barədə heç nə deyə bilmərik. Mərkəzi Bank müştərilərlə işləmir. Kommersiya banklarına da heç nə tövsiyə edilməyib”, – deyə Mərkəzi Bankdan sualımıza cavab verilib.

İqtisadçı Azər Məmmədov kommersiya banklarının bayram günlərində işləməsini məqbul hesab edir: “Ölkəyə turist cəlb etmək istəyiriksə, bu problem həll edilməlidir. Ölkəyə gələn turistlər həftənin şənbə və bazar, eləcə də bayram günlərində valyutanı asanlıqla dəyişə bilməlidir. Ölkədən təcili getmək istəyənlər hava limanında pulu dəyişə bilirlər, amma turistlərin təcili pul dəyişməsinə ehtiyac yaranıbsa, onlar çətinliklə üzləşirlər”.

Vəkil Əkrəm Həsənov isə deyir ki, əvvəlki illərə nisbətən  banklar bayramlarda işləməyə həvəs göstərmir və buna görə onlara irad bildirmək olmaz: “Mərkəzi Bank bayram günlərində işləməyəcək. Kommersiya banklarına təcili dollar lazım olsa, müraciət edə bilməyəcəklər. Deməli, qara bazar hərəkətə gələ bilər. Buna görə də, Mərkəzi Bank bayram günlərində valyuta dəyişməsi üçün tədbir görməlidir”.

Vəkil hesab edir ki, aparıcı banklarla razılığa gəlmək olar. Belə ki, bəzi banklar günün yarısınadək işləyə bilər. Bu da problemin yaranmasını əngəlləyə bilər.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın