Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Dollar yığanlara bəd xəbər — manat bahalaşacaq

Dollar yığanlara bəd xəbər — manat bahalaşacaq

Son bir neçə gün ərzində ABŞ dolları manata nisbətən ucuzlaşma ilə müşahidə olunur. İqtisadçılar bunun gözlənilən proses olduğunu deyirlər.
İqtisadçı Vüqar bayramov Ölkə.Az-a açıqlamasında bildirib ki, dolların ucuzlaşması və ümumiyyətlə dollara olan təlabatın aşağı düşməsi gözlənilən idi. Onun sözlərinə görə, yanvar ayında dollara olan tələbin azalması müşahidə olunurdu.

“Bu da onunla bağlıdır ki, yanvar və fevral aylarında həm büdcə ayırmalar az olur, həm də idxal azalır. Sentyabr ayında sizə verdiyim müsahibədə demişdim ki, dekabrın sonua doğru dolların tələbi yüksələcək, yanvar ayında isə tələbin azalması müşahidə olunacaq. Dövlət Neft Fondunun da hərraca çıxardığı dolların həcmindəki azalmalar da ondan xəbər verir ki, ABŞ puluna olan tələb azalıb”, – deyə V.Bayramov bildirib.

Ekspert deyir ki, bu proses davam edəcək:

“Bu proses martın ortasına qədər dollara olan tələbin aşağı səviyyədə olması müşahidə edilir. Əgər Mərkəzi Bank mövcud siyasətini davam etdirsə, dollara olan tələb martın birinci ongünlüyünə qədər aşağı səviyyədə qalacaq. Dollara olan tələbin azalması da nəticə etibarı ilə manatın dollara nisbətən möhkəmlənməsinə səbəb olub. Digər tərəfdən dollarlaş.ma prosesi kifayət qədər sürətlə getdi və nəticədə vətəndaşlar biznes pullarını dollarda saxlamağa üstünlük verdilər. Statistikaya görə vəsaitlərin təxminən 90 faizi dollarla saxlanılır. Bu da bahalaşma səviyyəsinin kifayət qədər yüksək olması ilə bağlıdır. Lakin unutmaq olmaz ki, Azərbaycanda xərcləmək üçün manata ehtiyac var. İstər-istəməz vətəndaşlar xarici valyutada saxladıqları vəsaitin bir hissəsini manata çevirmək məcburiyyətindədirlər. Bu da dollar təklifinə təsir göstərir. Mərkəzi Bankın da mövqeyi məzənnəyə təsir göstərdi. Hərracların da gəftədə 3 dəfədən 2 dəfəyə keçirilməsi də dollara olan tələbin optimallaşdırılması məqsədi daşıyırdı”.

Növbəti mərhələdə necə olacaq?

V.Bayramov gesab edir ki, yenə də Mərkəzi bankın mövqeyi çox önəmlidir:

“Dollara olan tələvi bu ay aşağı salacağı gözlənilir. Bu konteksdə hansısa müdaxilə olmazsa, Mərkəzi Bank əvvəlki kimi hərrəclara tləb olunan valyutanı çıxara bilsə, o zaman fevral ayında manatın möhkəmlənməsi ehtimalı yüksəkdir. Dollara tələb aşağıdır, mərkəzi Bank da tələb olunan vəsaiti bazara çıxaracağı halda manatın xeyrinə işləyəcək. Manatın stabilləşdirilməsi üçün Mərkəzi Bankın kifayət qədər resursları var.

Nəzərə alsaq ki, 2017-ci ildə Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manat vəsait verilib. Öz büdcəsi 14,5 milyard manatdır. Bunlar fondunda dollara tələbin ödənilməsində xüsusi rol oynaya bilər.

Hazırda real vəziyyət ondan ibarətdir ki, Mərkəzin Bankın manatın stabilləşdirilməsi üçün manevrləri günişləndi. Bu konteksdən də növbəti mərhələdə Mərkəzi Bankın mövqeyi və eyni zamanda hərraclara çıxaracağı valyutanın həcmi əhəmiyyətli olacaq”.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …

Bir cavab yazın