Ana səhifə / Kriminal / Dollar yenə bahalaşdı

Dollar yenə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının fevralın 29-na rəsmi məzənnəsini 1,5655 AZN/USD müəyyən edib.

Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, ötən gün də rəsmi məzənnə 1,5624 AZN/USD səviyyəsində olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.

AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın