Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Dollar sürətlə ucuzlaşmağa başladı

Dollar sürətlə ucuzlaşmağa başladı

ABŞ dolları avroya nisbətdə sürətlə ucuzlaşmağa başlayıb.

APA xəbər verir ki, buna II rübdə ABŞ iqtisadiyyatının proqnozlaşdırılandan daha az artması səbəb olub. ABŞ-ın Ticarət Nazirliyinin bu gün açıqladığı statistikaya əsasən, II rübdə ÜDM illik müqayisədə 1,2% artıb. “Blumberq” agentliyinin sorğu keçirdiyi ekspertlər isə bu rəqəmin 2,5% olacağını proqnozlaşdırıb.

Yenidən baxılan göstəricilərə əsasən, ABŞ iqtisadiyyatı 1,1% deyil, 0,8% artıb. Bu isə 2 illik minimum göstəricidir.

Bu statistika açıqlandıqdan sonra avro 1,1058 dollardan 1,1152 dollaradək bahalaşıb.

Bununla yanaşı, dollar Yaponiya yeninə qarşı 105,4 səviyyəsindən 102,88-dək enib.

Yenin bahalaşmasına həmçinin Yaponiya Bankının monetar siyasətin bir qədər yumşaltması barədə qəbul etdiyi qərar olub. Bununla Mərkəzi Bank iqtisadi artımı və inflyasiyanın 2%-lik səviyyəyə çıxmasını dəstəkləmək niyyətindədir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın