Ana səhifə / Kriminal / Dollar sentyabrda rekord həddə çatacaq

Dollar sentyabrda rekord həddə çatacaq

“Dünya valyutalarındakı dəyişikliyi hər ölkənin öz spesifik xüsusiyyətlərinə görə təsbit etmək lazımdır.” 

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, dünya valyuta sistemində baş verən dəyişiklikləri bu cür şərh edib:  “Türkiyədə lirənin son dönəm xeyli dərəcədə dəyər itirməsinin əsas səbəbi ölkədəki siyasi vəziyyətlə bağlıdır. Seçkilərin nəticəsiz qalması, koalisiya hökumətinin qurulmaması ölkə iqtisadiyyatına və milli valyutaya mənfi təsir göstərir. Rusiya və Qazaxıstanda gedən devalvasiya neftin qiyməti ilə bağlıdır. Neftin qiyməti nə qədər aşağı düşürsə, neftdən asılı olan ölkələrin milli valyutalarında da bir o qədər enmə müşahidə olunur. Necə ki, Qazaxıstanda 35 faizlik devalvasiyanın şahidi olduq və rus rublu yenidən 20 faizə yaxın dəyər itirdi. Artıq 1 dollar 70 rubla yaxınlaşır. Avstraliya və Kanada kimi resurs ölkələrinin dollarında da ABŞ dollarına nisbətən müəyyən ucuzlaşmalar var. Bu da resurs məsələsi ilə bağlıdır. Çində gedən proseslər isə tamam fərqlidir. Yuanın devalvasiyası bu ölkə mallarının rəqabətə daha yaxşı davamlı olması üçün Mərkəzi Bank tərəfindən bilərəkdən atılmış addımdır ki, ixracatçılara dəstək ola bilsin”.
Ekspert dolların bahalaşmasının dünya ölkələrinə mənfi təsirlərindən də danışıb:
“Qlobal olaraq dünya birjası göstərir ki, Federal Rezerv Sistemi (FRS) sentyabrda uçot dərəcəsini – faizləri qaldırmaq istəyir. Bu isə təbii olaraq dolların dünyada daha da bahalaşması ilə nəticələnək. Artıq dünya iqtisadiyyatı bu xəbərə köklənib. Ona görə də dollar bir çox valyutalara qarşı getdikdə dəyər qazanır. Bu isə dünya ölkələrinə müxtəlif cür təsir göstərir. Əslində ixracatdan asılı olan Qazaxıstan və Rusiya kimi ölkələrdə qiymətlərin bahalaşması ilə nəticələnir və ciddi şəkildə infilyasiya prosesi gedir. Səviyyə balansında və xarici ticarətində dolların önəmli rol oynadığı ölkələrdə bu valyutanın bahalaşması ilə infilyasiya sürətlənəcək. Bu proses Azərbaycana da təsirsiz ötüşməyəcək”.

 

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın