Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Dollar niyə ucuzlaşmır?

Dollar niyə ucuzlaşmır?

Son bir ayda ABŞ dolları digər ölkələrin valyutalarına nisbətən dəyərini itirir. Bəzi valyutalar hətta dollara nəzərən 15 faiz bahalaşıb, ancaq Azərbaycanda əks proses müşahidə olunur.
İlin əvvəlində 1 avro almaq üçün 1 dollar 6 sent ödəmək lazım idisə, indi 1 avro 1 dollar 12 sentə dəyişdirilir.
Birləşmiş Ştatlar valyutası digər ölkələrin valyutaları qarşısında da dəyər itirib. Elə qonşu Türkiyədə ötən ay 3 lirəyə yaxınlaşan dolların məzənnəsi hazırda 2 lirə 86 kuruşa bərabərdir.  Rusiyanın milli valyutası isə daha kəskin bahalaşma nümayiş etdirib.
Son bir ildə kəskin ucuzlaşan Çin valyutası da artıq dollar qarşısında möhkəmlənir.
Dollar digər valyutalara nisbətən ucuzlaşsa da, Azərbaycan manatı qarşısında möhkəmlənir. Rəsmi məzənnəyə əsəsən, ötən ay 1 manat 56 qəpiyə bərabər olan dollar hazırda 1 manat 64 qəpiyə qalxıb. Xezerxeber.com
 
 

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın