Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / “Dollar manata nisbətən dəyər qazanmaqda davam edəcək” – EKSPERT

“Dollar manata nisbətən dəyər qazanmaqda davam edəcək” – EKSPERT

Ötən həftə xarici səfərimlə bağlı olaraq internetə çixişım məhdud olduğundan son günlər baş verən iqtisadi dəyişikliklərə münasibət bildirməmişdim.

Başlayaq dollardan, daha doğrusu manatın məzənnəsindən. Xatırlayırsınıza 31 may tarixli statusumda o zaman güclənən manatın möhkəmlənməsinin davam etməyəcəyini proqnozlaşdırmışdım. Məhz elə o zaman növbəti iş günündən manat ucuzlaşmağa başladı. Əvvəlki açıqlamamalrımda da qeyd etdiyim kimi valyuta bazarımızda dolların möhkəmlənməsi üçün tam iqtisadi zəmin var. Xarici valyutaya tələb yüksək olaraq qalmaqdadır. İndi hərraclarda dollara olan tələbin ən yaxşı halda 20 faizi ödənilir. Deməli, dollara almaq üçün verilən sifarışın böyük əksəriyyətini Mərkəzi Bank və Dövlət Neft Fondu təmin edə bilmir. Bu isə davamlı olaraq manatın dəyər itirməsinə səbəb olur.

Hələlik Mərkəzi Bank öz xarici valyuta rezervlərini qorumaq üçün hərraca satıcı kimi qatılmaqda maraqlı görsənmir. Amma bu uzun müddət davam edə bilməz. Dövlət Neft Fondunun 2016-cı ildə ümumi xərci 10 milyard 668 milyon manat olacaq. Fond büdcəyə 7 milyard 615 milyon manat transfer edəcək. Deməli, manatla olan öhdəliklərini nəzərə aldıqda fondun il ərzində dollara olan tələbi tək və tam ödəyə bilməz. Mərkəzi Bank bütün hallarda yenidən öz valyuta ehtiyatlarını bazara çıxarmalıdır. Bu isə dollara olan tələbi ödəməyə yardım etsə də rezervlərin azalması fonunda manata psixoloji təzyiqi artıracaq. Manatın dəyirsizləşmə səbəbləri barədə bir müddət öncə yazmışdım. Sadəcə, mövcud tələb-təklifi və Mərkəzi Bankın manevr imkanlarını nəzərə aldıqda dollar valyuta bazarımızda möhkəmlənməkdə davam edəcək. Hal hazırda bütün iqtisadi qanunauyğunluqlar dolların güclənməsini şərtləndirir. 2 həftən öncə yazdığım kimi top dolların meydançasındadır və dollar bazarda dominatlığını qoruyub saxlamaqda davam edəcək. Deməli, dollar manata nisbətən dəyər qazanmaqda davam edəcək.

Həftənin təbii ki, müsbət dəyişikliyi ipoteka proqramının təkimilləşdirilməsi oldu. Son dəyişikliklər ipoteka kreditlərindən istifadə dairəsinin genişləndirilməsi baxımdan əhəmiyyətlidir. Xüsusən də orta məktəb müəllimlərinin güzəştli kreditləşmədən yararlanma imkanının verilməsi təqdirəlayiqdir. Təbii ki, bu sahədəki islahatlar özunu faizlərin aşağı salınmasında göstərməlidir. Müəllimlərin maaşları az olduğu üçün sosial ipoteka krediti üzrə faizin 4-dən 2-ə endirilməsinə ehtiyac var. Müəllimlər və eləcə də digər güzəştli kateqoriyalar mövcud əmək haqqları ilə kreditlərdən yararlana bilmələri üçün faizlərin aşağı salınması vacibdir. Aztəminatlı ailələr və o cümlədən müəllimlər üçün ilkin ödənişin ləğv edilməsi və Zəmanət Fondu tərəfindən qarşılanmasına ehtiyac var. Bu baxımdan, İpoteka Fondu son dəyişikliklərdən sonra kreditə əlçatanlığın artırılması istiqamətində addımları gücləndirməlidir.
Aydındır ki, dünyada ötən həftəinin nəinki siyasi, hətta iqtisadi mənzərəsini “Brexit” müəyyənləşdirdi. Britaniyada keçirilən referondumun Azərbaycan iqtisadiyyatına təsir etməyəcəyini söyləmək doğru olmazdı. Ən azı referondum nəticələri elan edilən gün Azərbaycanın valyuta bazarında dollar qıtlığı yarandısa və xarici valyutaya yüksək tələb qalırsa deməli elə ilk gündən bu təsirlər var və davam etməkdədir. Dolların möhklənməsi və neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil. Dünya bazarında möhkəmlənən dollara manata təzyiqi artırır, uzuzlaşan neft gəlirlərimizi azaldır. Eləcə də bu valyuta ehtiyatlarımızın strukturuna da təsirsiz ötüşmür.
Beləcə, yayın istisinə baxmayaraq ötən həftənin iqtisadi mənzərəsi heç də sakit olmayıb. Xüsusən də belə görsənir ki, dollara tələb hərarətin neçə dərəcə olmasından asılı olmayaraq bütün yay boyu artmaqda davam edəcək.

Vüqar Bayramov, tanınmış iqtisadçı ekspert

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın