Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / Dollar kreditləri ilə bağlı yenilik

Dollar kreditləri ilə bağlı yenilik

Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyutada istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair əlavə məlumat yayıb.

Palatadan fins.az-a verilən məlumata görə, qurumun Direktorlar Şurasının iclasının qərarı ilə 5 aprel 2016-cı il tarixdən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kredit təşkilatları tərəfindən xarici valyutada istehlak kreditlərinin verilməsi bir ay müddətinə dayandırılıb. Və bu qərar xarici valyutada verilən kreditlərin bütün növlərinə aiddir.

Palatadan bildirilib: «Açıqlanması üçün bir sıra müraciətləri nəzərə alaraq bildiririk ki, qadağa tədbiri istehlak kreditlərinin bütün növlərinə şamil edilir. Bütün növ istehlak kreditlərinə kart, avtomobil, əmanətə bağlı, tam və ya qismən təminatlı və s. növ kreditlər daxildir».

Bundan başqa, Palatanın məumatına görə, bu qadağanın qüvvədə olduğu müddətdə dollar kreditlərinin şərtləri də dəyişdirilə bilməz: «Bu növ kreditlərin restrukturizasiya edilməsi (müqavilə şərtlərinin dəyişdirilməsi və ya yeni öhdəlik kimi rəsmiləşdirilməsi) qadağanın əhatə dairəsindədir».

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …

Bir cavab yazın