Şənbə , Fevral 24 2024
Ana səhifə / Kriminal / Dollar işbazlarına qarşı DTX əməliyyat keçirib

Dollar işbazlarına qarşı DTX əməliyyat keçirib

Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı çərçivəsində iri məbləğdə xarici valyuta qaçaqmalçılığında şübhəli bilinən Masallı rayon sakinləri Azər Akif oğlu Babayev, Mehman Məhərrəm oğlu Qafarlı və Nofəl Müştəba oğlu Məmmədov saxlanılıblar. Bu barədə virtualaz.org-a DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirildiyinə görə, göstərilən pullar valyutadəyişmə üzrə qeyri-qanuni əməliyyatlar nəticəsində əldə edilib.

Aparılan axtarışlar nəticəsində saxlanılan şəxslərdən 71500 ABŞ dolları, 6500 rubl və 4300 manat aşkar olunub.

Fakt üzrə operativ axtarış işləri davam etdirilir.

Həmçinin oxuyun

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ AÇIQLANDI

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq …