Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Dollar daha da bahalaşdı…

Dollar daha da bahalaşdı…

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 25-i ilə müqayisədə 0,22% bahalaşaraq 1,6280 manata yüksəlib.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,36% möhkəmlənərək 1,8374 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 0,8% artaraq 0,0251 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,56% möhkəmlənərək 0,5544 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1501 manatdır. Beləliklə, funt sterlinq 0,07%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,66% artaraq 0,7125 manat təşkil edib.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın