Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Kriminal / Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Expressbank”dır. Beləki, bu banklarda Amerika valyutası 1,505 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Caspian Development Bank” və “Zıraat Bank (Azərbaycan)”dır. Bu banklarda alış qiyməti 1,46 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Bank BTB”, “Bank Silk Vey” və “Parabank”dadır. Bu bank dolları 1,52 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Yapı Kredi Bank (Azərbaycan)”dır. Bankda satış qiyməti 1,5734 manatdır.

Avro qiymətləri

Avronu ən baha alan banklar “Atabank”, “Parabank” və “Azərpoçt”dur – 1,69 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Azərbaycan Beynəlxalq Bankı”dır – 1,6489 manata. Avronu ən ucuz “Bank Silk Vey”, “Expressbank” və “Azərpoçt” satır – 1,73 manata. Avronun ən baha satıldığı bank isə “Bank Avrasiya”dır – 1,794 manata.

Fins.az

Həmçinin oxuyun

Prokuror AXCP sədrinin mühafizəçisinə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyamməddin …

Bir cavab yazın