Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Dollar bahalaşmaqda davam edir

Dollar bahalaşmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən musavat.com-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 27-si ilə müqayisədə 0,55% bahalaşaraq 1,6381 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,62% möhkəmlənərək 1,7863 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 27-si ilə  müqayisədə 0,77% bahalaşaraq 0,0261 manat səviyyəsinə yüksəlib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,13% zəifləyərək 0,5265 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9947 manatdır. Beləliklə, funt sterlinq 0,26%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,34% bahalaşaraq 0,6825 manat təşkil edib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın