Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Dollar bahalaşdı, insanlarda gərginlik yarandı – Ekspert duruma şərh verdi

Dollar bahalaşdı, insanlarda gərginlik yarandı – Ekspert duruma şərh verdi

“ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlar həmişəki kimi bu dəfə də dollara əlavə dəstək verdi və dünya valyutası bahalaşmağa başladı. Dolların bahalaşmasını həm də Avropa Mərkəzi Bankının depozit faizlərini azaltmaq və kəmiyyət yumşaldılması proqramını (ayda 60 milyard avro miqdarında pul çapı) artırmaq niyyəti də stimullaşdırdı. Dünyada dollar əsas valyutalara münasibətdə möhkəmlənir. Azərbaycanda da artıq dollar 1,051 manat həddinə kimi bahalaşıb”. 

Mia.az xəbər verir ki, bunu iqtisadşı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, dolların bahalaşması insanlarda gərginlik yaranıb və hamı bunu üzən məzənnəyə keçid kimi qiymətləndirir:

“Hökumət üzən məzənnəyə keçmək niyyətini elan edib. Ancaq əvvəlki fikrimizdə qalıram ki, Azərbaycanda yaxın dövrlərdə bu mümkün deyil və hətta məsləhət deyil. Çünki onun fəsadları ağır ola bilər. Uzaqbaşı idarəolunan üzən məzənnə siyasətindən danışmaq olar. Dolların bugünkü bahalaşmasını heç də üzən məzənnəyə keçid kimi qiymətləndirmək olmaz. Əvvala, bunu Mərkəzi Bank əvvəlcədən elan etməlidir.

İkincisi, üzən məzənnəyə keçidin baş verməsi manatın əhəmiyyətli ucuzlaşmasına gətirib çıxara bilər.

Bugünkü ucuzlaşmanı isə sırf texniki hesab etmək olar. Çünki manatın məzənnəsi fiksə olunmuş şəkildə Mərkəzi Bank tərəfindən müəyyən olunur. Devalvasiyadan sonra da dolların manata olan məzənnəsi 1,05 psixoloji həddindən yüksək olub. Sadəcə sonralar Mərkəzi Bank psixoloji bahalaşama siyasəti həyata keçirib və indi onun ağır fəsadlarını yaşayırıq”.

Samir Əliyevin sözlərinə görə, bugünkü bahalaşmanı yumşaq devalvasiya hesab etmək olmaz:

“Nəzərə alaq ki, söhbət hər 100 dollara bir neçə qəpik bahalaşmadan gedir. Ola bilsin Mərkəzi Bank sabah dolları yenidən ucuzlaşdırsın. Yəni bunu yumşaq devalvasiya ilə əlaqələndirmək tezdir.

Devalvasiyaya gəlincə, onun baş verməsi zaman məsələsidir və hökumətin qərarından asılıdır. Bu, “üzən məzənnəyə keçid” adı altında da ola bilər, fevral ayında olduğu kimi “valyuta ehtiyatlarını qorumaq və ixracı stimullaşdırmaq” adı altında. Hər bir halda bütün yollar opa aparır”.

 

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın