Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Dollar 5 manata kimi qalxa bilər” – Ekspert

“Dollar 5 manata kimi qalxa bilər” – Ekspert

“Azərbaycanın üzən məzənnəyə keçidi məcburi addımdır. Bu, dünyanın valyuta bazarındakı proseslərlə izah edilir. Hazırda gördüyümüz manatın real qiymətidir”.

Mia.az xəbər verir ki, bunu Trend-ə İqtisad elmlər namizədi, iqtisadçı ekspert Oqtay Haqverdiyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) indiki addımını manatın real qiymətinə doğru dönüşü olmayan hərəkətin başlanğıcı kimi qiymətləndirmək olar: “Güman edirəm ki, dolların bahalaşması prosesi 2016-cı il ərzində səlis davam edəcək. Ekspert qiymətləndirmələrimə əsasən, dolların real qiyməti 3-5 manat arası təşkil edə bilər”.

Ekspert AMB-nin bu addımını məcburi addım adlandırıb: “Dünya valyuta bazarında baş verən proseslər olmasaydı, heç nəyi dəyişməyə ehtiyac yaranmayacaqdı. Lakin Azərbaycan xarici ticarəti dollarda apardığına görə bu addım məcburidir”.

O.Haqverdiyev qeyd edib ki, indi Azərbaycan qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək vəzifəsi dayanır.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın