Ana səhifə / Kriminal / Dollar 2 manata yaxınlaşır – manat dəyərdən düşmə sürətini artırıb

Dollar 2 manata yaxınlaşır – manat dəyərdən düşmə sürətini artırıb

Ekspertlər bildirirlər ki, Mərkəzi Bank istəsəydi, buna yol verməyə bilərdi…

 
Milli valyutamız dəyərdən düşmə sürətini artırıb. Ekspertlər bildirirlər ki, manatın dəyərdən düşməsi iqtisadiyyata ciddi problemlər yaradacaq. Üstəlik, bildirilir ki, Mərkəzi Bank manatı hələ bir müddət də qoruya bilərdi. Yanvarın 25-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,9052 səviyyəsində formalaşıb.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Mərkəzi Bank, sadəcə, hansısa bir nöqtəni gözləyir: “Manatı müəyyən bir həddə çatdırmaq istəyir. Yəqin dolları iki manata çatdırmaq hədəfdədir. Sürətlə bu məzənnəyə doğru gedir. Ora çatandan sonra müəyyən sabitləşmə gözləyirəm. Çünki əslində Mərkəzi Bank aylardır ki, məzənnəni həftədə bir qəpik, iki qəpik artırırdı. İndi isə son bir neçə həftədə görürük ki, çox sürətlə artır. Biz ili 1,76 qəpiklə başlamışdıq, artıq 1,90-ı keçib. İlin əvvəlindən bu yana 14 qəpikdən çox bahalaşma olub, devalvasiya baş verib. Hamımız başa düşürük ki, Mərkəzi Bank istəsəydi, buna yol verməyə bilərdi.
Bunun üçün sadəcə kifayət qədər daha çox bazara dollar çıxarmaq lazım idi. Amma görünən odur ki, Mərkəzi Bank artıq valyuta ehtiyatlarının azalması ilə barışmaq istəmir. Dollar ehtiyatını ucuz satmaq istəmir. Buna görə də dolların məzənnəsi arta-arta gedir. Amma mən gözləyirəm ki, müəyyən həddə çatandan sonra o, dayanacaq, müəyyən sabitləşmə baş verəcək. Amma yenə də bu, heç nəyi dəyişmir. Bu gün hərracda məzənnənin 1 manat 90 qəpiyi keçməsi o deməkdir ki, banklar təxminən iki manata dolları satmağa başlayacaqlar. Bu, artıq o deməkdir ki, 1 dollar 2 manata çatdı.
Image result for Əkrəm Həsənov
Çünki vətəndaşlar və vətəndaşlar məhz həmin məzənnə ilə dolları əldə edəcəklər. Banklara dollar borcu olanlar məhz bankın elan etdiyi məzənnə ilə borclarını ödəyəcəklər. Belə bir proqnozumda qalıram, bu ili 1 dolların 2 manat 50 qəpiklə başa vurması çox böyük uğur ola bilər. Ancaq ehtimal edirəm ki, dollar 2 manat 50 qəpikdən də baha olacaq. Prinsipcə, keçən ilin son aylarından bunu ehtimal edirdik”.
Image result for Ekspert Natiq Cəfərli
 
Ekspert Natiq Cəfərli isə 1 dolların 1,90 manatı ötməsini tələskənlik adlandırıb: “Neft də kəskin düşməyib, neçə vaxtdır ki, 55 dollar civarındadır, sizə nə olub ki, bu qədər tələsirsiniz? Bir günə də 5 qəpik məzənnə artar? Oynamayın vətəndaşlarla, bizneslə, bank sektoru ilə. Məzənnənin inzibati olduğunu elan edin. Bəlli bir həddə, məsələn, 2 manat həddində məzənnənin, heç olmasa, bir müddət, 6 ay sabit qalacağına söz verin, olsun-bitsin. İş adamları da, vətəndaşlar da önünü görə bilsinlər. Sizdən ”tam və ya, yarımçıq üzən məzənnə rejiminə”, keçən olmaz, bu mümkün deyil, alt yapı yoxdur, 3 ildir bunu sizlərə deyirik, anlamırsınız”.
Qeyd edək ki, ekspertlər manatın ucuzlaşmasının qaçılmaz olduğunu vurğulayıblar. Ekspertlərin fikrincə, bu dəyərdəndüşmə valyuta gəlirlərimizin və neft hasilatımızın azalması ilə bağlıdır. Eyni zamanda ölkə iqtisadiyyatında baş verən iqtisadi böhranla da bağlıdır. Azərbaycana dollar az gəlir və az olan bir şeyin də qiyməti qalxmalıdır. Eyni zamanda, ölkənin valyuta ehtiyatları da azalıb. Ekspertlərin fikrincə, yaxın aylarda bir dollar iki manatı vurub keçəcək. Onların sözlərinə görə, Neft Fondu bu il Mərkəzi Banka makroiqtisadiyyatda sabitliyi təmin etmək üçün 7 milyard 500 milyon həcmində pul ayrıb. İstənilən halda bu pul cəlb edilsə də, manatı devalvasiya gözləyir. Devalvasiyanın da baş verməsi bahalaşmaya səbəb olacaq. Bahalaşma isə Azərbaycanın əksər məhsulları özünün istehsal etmədiyinin, dollarla xaricdən aldığının nəticəsidir. Həm əhalinin, həm də sahibkarların külli miqdarda xarici valyutalarla borcları var. Təbii ki, dolların məzənnəsi artdıqca onların bu borcu qaytarma ehtimalı azalır”.
Ekspertlər manatın dəyərdən düşmə sürətinin neftin qiymətinin 80-90 dollara qalxacağı təqdirdə, mümkünlüyünə diqqət çəkirlər. Üstəlik, yəni neft faktoru ixracatın artırılması, investorların ölkəyə gətirilməsi kimi məsələlərlə bağlı tədbirlər görülməsə, hələ uzun müddət belə vəziyyətin olması qaçılmazdır. Yeganə çıxış yolu ixracatın həm həcmini, həm də çeşidliliyini artırmaqdır. Xarici investorlar üçün də cəlbedici şərtlər irəli sürmək lazımdır. Onlar öz valyutalarını gəldikləri ölkəyə yatırırlar ki, bu da ölkədə milli valyutanın, manatın dəstəklənməsinə səbəb olacaq. Çox qısa vaxtda dəyişikliyin olması gözlənilən deyil, çünki neftin qiymətinin daha da enməsi müşahidə oluna bilər. Ona görə də bu il ərzində manatın dəyərdən düşməsi müşahidə olunacaq”.
Image result for Banklar Assosiasiyasının müdiri Zakir Nuriyev
 
Banklar Assosiasiyasının müdiri Zakir Nuriyev isə toplum.tv-yə açıqlamasında manatın üzən məzənnə rejiminə keçdiyini və buna görə də baş verənlərin normal olduğunu deyib: “Manatın gələcək taleyi haqqında isə onu deyə bilərəm ki, manat üzən məzənnə altında öz kursunun artması və azalması şərti ilə üzməyə davam edəcək”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın