Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Dollar 2 manat olmadı – Rəsmi məzənnə

Dollar 2 manat olmadı – Rəsmi məzənnə

Azərbaycanda dolların və avronun qiyməti dəyişib.

“Qafqazinfo” Mərkəzi Banka istinadən xəbər verir ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5561 manat, avro isə 1,7079 manat təşkil edir.

Qeyd edək ki, həftəsonu Azərbaycanda rəsmi məzənnəyə görə 1 dollar 1.5540 manat, avro isə 1,4043 manat olub.

Xatırladaq ki, dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.

Qeyd edək ki, şənbə-bazar günləri növbəti həftədən dolların 2 manatdan baha olacağı haqda şayiə yayılmışdı. Buna görə də, bir çox valyutadəyişmə məntəqələri dollar satışını dayandırmış və ajiotaj yaranmışdı.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın