Ana səhifə / Kriminal / Dollar 1,59-a yüksəldi– Banklar satışı məhdudlaşdırdı

Dollar 1,59-a yüksəldi– Banklar satışı məhdudlaşdırdı

Azərbaycanın nağd və nağdsız valyuta bazarında bu gün səhər saatlarından gərginlik yaranıb. Son iki həftədə dolların rəsmi məzənnəsinin yüksəlməsi ilə bu valyutaya yaranmış tələb bu gün, Böyük Britaniyanın Avropa İttifaqından ayrılması qərarının ardından daha da kəskinləşib.

Dünya bazarında möhkəmlənən dollar Azərbaycanın valyuta bazarında da özünü hiss etdirib. Bir sıra kommersiya banklarında artıq nağd dollar satışına məhdudiyyət tətbiq olunub. Bu məbləğ müxtəlif bankarda fərqlidir (bir müştəriyə 2-10 min dollar).

Bankların hüquqi və fiziki şəxs olan müştərilərinin də nağdsız dollar tələbatı əhəmiyyətli şəkildə artıb. Kommersiya bankları dolların möhkəmlənmə tendensiyasına girməsi nəticəsində yaranmış valyuta qıtlığı səbəbindən şirkətlərin valyuta ehtiyaclarını qarşılaya bilmir. Buna səbəb bankların valyuta mövqelərini pozmaq istəməməsi ilə bağlıdır.

Qeyd edək ki, səhər saatlarında nağd valyuta bazarında dolların satış məzənnəsi 1,58 AZN/USD olsa da, artıq 1,59 AZN/USD-yə yüksəlib. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi 1,5332 AZN/USD təşkil edir. Bu da AMB-nin qaydalarına əsasən, kommersiya banklarına dolları rəsmi məzənnədən 4% fərqlə satmağa imkan verir. Yəni, bu günə dolların maksimal satış məzənnəsi 1,5945 AZN/USD ola bilər. (Report.az)

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın