Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Dollar 1,44-ə düşdü

Dollar 1,44-ə düşdü

Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının rəsmi məzənnəsini bir qədər də azaltması ölkədə bu valyutanın alış qiymətinin 1,45 manatdan aşağı düşməsinə səbəb olub.

Fins.az xəbər verir ki, hazırda kommersiya banklarından ikisi – “Kapital Bank” “Muğanbank” dolları 1,449 manatdan alır. Bu isə AMB-nin müəyyən etdiyi 4%-lik marja üzrə ən aşağı qiymətdir. Yəni, rəsmi kurs 1,5094 manat olduğundan banklar dollar 1,449 manata qədər ucuz ala bilərlər.
Avronun bu günə olan rəsmi məzənnəsi isə 1,7182 manatdır. Bu isə bankları avronu 1,6495 manata almağa imkan verir. Hazırda 2 bankda – “Azərbaycan Beynəlxalq Bankı” və “Muğanbank”da avro minimum qiymətə alınır.
zərbaycan banklarında, eləcə də ölkənin milli poçt operatoru olan “Azərpoçt”da ABŞ dolları və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın