Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Dollar 1.82 manat oldu (FOTOLAR)

Dollar 1.82 manat oldu (FOTOLAR)

Bu gün Bakıda valyutadəyişmə məntəqələrində dollarının alış-satış məzənnələri yenidən yüksəlib. 
Musavat.com xəbər verir ki, dünən 1.80 manat olan dolların satış qiyməti bu gün 1.82 manatdır.
Şəhərinin 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələrində, “Neftçilər” metrosunun ətrafındakı “Exchange”lərdə dolların satış qiyməti 1.82 manat, alış qiyməti isə 1.72 manatdır.
Dollar alverçilərinin sözlərinə görə gün ərzində dolların satış qiyməti 1.85 manatı keçə bilər.
Dünən isə günün birinci yarısında dolların dolların alış-satış qiyməti 1,67-1,75 manat idi. Günün ikinci yarısından sonra dolların satış qiyməti sürətlə yüksələrək 1.80 manata çatdı.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi 1,5626 manatdır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın