Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Kriminal / Dispanserdəki yanğına görə direktor həbs olundu

Dispanserdəki yanğına görə direktor həbs olundu

Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və daha bir vəzifəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub və onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

T. Məmmədhəsənov da daxil olmaqla, hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin 225. 2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə aprelin 17-də Telman Məmmədhəsənov vəzifəsindən azad edilib.

 

Həmçinin oxuyun

Rayondan gəlib bacanağının qohumu ilə cinsi əlaqəyə girdi, sonra… – Bakıda gecəyarısı ŞOK OLAY

Bakıda intim münasibətdə olduğu qadının qohumunu bıçaqlamaqda təqsirli bilinən 1983-cü il təvəllüdlü Samir Səmədovun (cinayət …